03 May 2024
Rusiyaya BÖYÜK ŞOK: Ərdoğanın hədəfi BU ÖLKƏDİR

Rusiyaya BÖYÜK ŞOK: Ərdoğanın hədəfi BU ÖLKƏDİR

05 Noyabr 2021
Baxış: 534

“Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi Türkiyənin Cənubi Qafqaz və Orta Asiya siyasətində dönüş nöqtəsi oldu”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Nezavisimaya Qazeta” qəzetində dərc olunan məqalədə bildirilib.

Rusiyanın ən nüfuzlu qəzetlərindən biri olan “Nezavisimaya Qazeta” dərc etdiyi təhlilində Türkiyənin Orta Asiyada əsas hədəfinin Qırğızıstan olacağını iddia edib.

Məqalədə Qırğızıstan Prezidenti Sadır Japarovun Türk Şurasının VIII toplantısında iştirak etmək və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşlər keçirmək üçün yaxın günlərdə İstanbula səfər edəcəyi bildirilib. Mənbə Japarovun Ankara ilə iqtisadi, ticari və hərbi əməkdaşlığı genişləndirməkdə və ölkəsinə türk sərmayələrini cəlb etməkdə maraqlı olduğunu vurğulayıb.

Politoloq Mars Sarıyevin fikrincə, qarşıdan gələn səfər Türk Şurasının Türk Birliyinə çevrilməsi baxımından çox əhəmiyyətli olacaq ki, bu da üzv dövlətlərin münasibətlərində keyfiyyət dəyişikliyi və yaxınlaşma deməkdir.

“Türkiyə Qırğızıstanla çox yaxın əlaqələrə malikdir. Yaxınlaşma Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə zamanı baş verib. Türkiyə Qırğızıstana yardım etməyə hazır olduğunu bəyan edən ilk ölkələrdən olub və Bişkeki siyasi səviyyədə dəstəkləyib. Bu gün Qırğızıstan Türkiyənin Orta Asiyadakı bələdçisinə çevrilir”, - ekspert bildirib.

Sarıyev bildirib ki, Qarabağ müharibəsindən sonra dönüş nöqtəsi yaranıb və Türkiyə əldə etdiyi uğurlardan sonra fəal şəkildə Orta Asiyaya doğru irəliləyir. Özbəkistan və Qazaxıstan Türkiyə ilə münasibətlərdə Qırğızıstandan daha ehtiyatlıdır. Amma Qırğızıstan kimi kiçik ölkələr Türkiyə ilə daha sıx əməkdaşlığa meyllidir, bu əməkdaşlıq hərbi sahədə daha da inkişaf edəcək”.

Nəşr vurğulayıb ki, Qırğızıstan Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları alıb: “Bundan əlavə, Türkiyədə pilotsuz uçuş aparatlarına nəzarət üzrə mütəxəssislər hazırlanır”.

Rus ekspertlər Qırğızıstanın bütün bu addımlarının Əfqanıstanda hakimiyyət dəyişikliyindən irəli gəldiyini deyirlər: “Əlbəttə Qırğızıstanla Türkiyənin belə yaxınlaşması Rusiyanı qane etmir. Bundan başqa, üzv dövlətlərin Türk Birliyi çərçivəsində daha sıx inteqrasiyaya girməsi də Rusiyanı narahat edir”.

Mars Sariyev Rusiyanın rəsmi mədəni tədbirlər təşkil etməkdən başqa heç bir irəliləyiş əldə etmədiyini və yenilikçi ideyalar irəli sürmədiyini deyib.

O, Rusiyanın təsir dairəsinin getdikcə kiçildiyini iddia edib.(Teleqraf.com)