03 May 2024
"Rusiyanın Ukraynadakı hərbi əməliyyatını uzatmaq üçün hər şeyi edirlər” - Şoyqu

"Rusiyanın Ukraynadakı hərbi əməliyyatını uzatmaq üçün hər şeyi edirlər” - Şoyqu

19 Aprel 2022
Baxış: 358

Səhhətində narahatlıqları artan Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiyanın keçirdiyi əməliyyatla Ukraynanın şərqini azad etməyə çalışdığını iddia edib.

AJMEDİA.İNFO Rusiya mətbuatına istinadla xəbər verir ki, Şoyqu bu gün açıqlama verərək, Ukraynadakı son vəziyyəti dəyərləndirib.

"Donetsk və Luqansk Xalq Respublikalarını azad etmək planımızı mərhələli şəkildə həyata keçiririk” - o deyib.

Şoyqu bəyanatında Qərbi Kiyevə silah verməklə münaqişəni uzatmaqda ittiham edib:

"ABŞ və digər Qərb ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatını uzatmaq üçün hər şeyi edir” - Şoyqu bildirib.

Qeyd edək ki, martın sonlarından bəri S.Şoyqunun mətbuatda gec-gec açıqlamalar verməsi və üzdə olmaması onun vəzifəsindən uzaqlaşdırılması və səhhətinin işləməyə imkan verməməsi kimi iddiaların yayılmasına səbəb olub.