05 May 2024
Rusiyanın “Moskva” kreyseri batıb – RƏSMİ

Rusiyanın “Moskva” kreyseri batıb – RƏSMİ

15 Aprel 2022
Baxış: 455

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" raket kreyseri batıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, gəminin batmasına havanın fırtınalı olması səbəb olub.

Qeyd olunub ki, gövdəsində sursatların partlaması nəticəsində gəmi dayanıqlığını itirib və təyinat limanına gədərkən batıb.

Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu bəyan edib.

Nazirlik sovet dövründən qalma gəmidə yanğının qarşısının alındığını, lakin gəmiyə ciddi ziyan dəydiyini qeyd edib.

Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı. Bizim.Media