02 May 2024
Rusiyalı ekspert: "Azərbaycan güclü ordu yaradaraq tarixi qələbə qazandı"

Rusiyalı ekspert: "Azərbaycan güclü ordu yaradaraq tarixi qələbə qazandı"

27 Sentyabr 2021
Baxış: 531

"Möhkəm və sabit siyasi sistem, dayanıqlı iqtisadiyyat, güclü ordu yaradan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazandı".

AJMEDİA.İNFO -nun xəbərinə görə, bunu rusiyalı politoloq Sergey Markov bildirib.

“Ötən ilin üçtərəfli bəyanatı da Azərbaycanın müharibədəki qələbəsinin nəticəsidir. Bundan əvvəlki 20 il ərzində rəsmi Bakı böyük işlər görüb. Birincisi, güclü, sabit siyasi sistem yaradıldı. İkincisi, bu siyasi sistemə əsaslanan güclü iqtisadiyyat quruldu. Güclü iqtisadiyyat bünövrəsi üzərində isə güclü ordu ərsəyə gətirildi və həmin ordu İkinci Qarabağ müharibəsində qısa müddət ərzində tarixi qələbə qazandı” – deyə ekspert qeyd edib.

Rusiyalı politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh sazişi Ermənistan cəmiyyətinin mənfi əhval-ruhiyyəsi üzündən imzalanmır: “Erməni cəmiyyəti bu məğlubiyyətlə barışmaq istəmir, Paşinyanı da üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyə qoymayan məhz bu amildir. Nəqliyyat yolları açılmayıb, minalanmış ərazilərin xəritələri təhvil verilməyib. Azərbaycan Prezidenti də həmin xəritələrin cəmi 25 faiz səviyyəsində düzgün olduqlarını, yalnız kiçik qisminin təhvil verildiyini bildirib”.

Ekspertin iddiasına görə, Rusiya Qarabağdakı vəziyyəti yoluna qoymaq üçün bütün lazımi addımları atır, bu səylərin davam edəcəyinə ümidvar olduğunu bildirib: “Rusiyanın bu istiqamətdə eyni tərzdə, amma Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”.