05 May 2024
Rusiya yenə “Qarabağ Respublikası” ifadəsini işlətdi – FOTOFAKT

Rusiya yenə “Qarabağ Respublikası” ifadəsini işlətdi – FOTOFAKT

03 Sentyabr 2021
Baxış: 652

Rusiyanın dövlət satınalmaları sferasında vahid informasiya sistemində (zakupki.gov.ru) Azərbaycanla bağlı təxribata yol verilib.

AJMEDİA.İNFO xəbər verir ki, sistemin satınalmalar bölməsində Rusiya Müdafiə Nazirliyinin elanı yerləşdirilib.

Nazirlik Dağlıq Qarabağdakı sülhməramlı kontingentin hərbi şəhərciklərində yaşayış fonduna kompleks xidmət üçün qapalı müsabiqə elan edib. Xidmətin ilkin qiyməti 151 414 088 rubl dəyərində qiymətləndirilib.

Diqqət çəkən məqam müsabiqə ilə bağlı elanda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlənməsidir.

“Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ Respublikası"nda yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna kompeks işlərin təşkil olunması xidmətinin göstərilməsi”- elanın obyekti barədə məlumatda deyilir.(modern.az)