Rüstəm Tağızadə: Xarici Agentlər haqqında qanun təsdiqi olar...
22 saat əvvəlRusiya Ukraynadakı hərbi və canlı qüvvə İTKİLƏRİ - DƏHŞƏTLİ SİYAHI
16 May 2022
Baxış: 658
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Rusiyanın 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.