03 May 2024
Rusiya-Ukrayna savaşı bu tarixdə bitəcək – YENİ İDDİA

Rusiya-Ukrayna savaşı bu tarixdə bitəcək – YENİ İDDİA

12 Noyabr 2022
Baxış: 432

Zaman səyahətçisi olduğunu və 3000-ci ildən gəldiyini iddia edən məşhur “TikTok” istifadəçisi yeni paylaşım edib.

AJMEDİA.İNFO bildirir ki, “@timetraveller300” hesabından fikirlərini bölüşən şəxs alimlərin bu ay kəşf edəcəkləri bir həqiqətlə bağlı insanlara xəbərdarlıq edib.

Belə ki, o, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan araşdırmanın dəhşətli nəticələrinin olacağını deyib.

“2022-ci ilin noyabr ayında elm adamları Antarktidadan gələn ölümcül virus kəşf edəcəklər. 2023-cü ilin yanvar ayında “CERN” Mandela effekti və yadplanetlilərlə ünsiyyət kimi qəribə hadisələrə səbəb olacaq növbəti təcrübələri davam etdirəcək. Həmin ilin martında Ukrayna ilə Rusiya arasında müharibə bitəcək, lakin yeni müharibə başlayacaq”.


Bəzi istifadəçilər zaman səyahətçisi adlandırılan şəxsin iddialarını “absurd” adlandırıb, bəziləri isə ona inandığını deyib. (sfera.az)