03 May 2024
Rusiya Türkiyə ilə razılığa gəldi - Problem həll olundu

Rusiya Türkiyə ilə razılığa gəldi - Problem həll olundu

09 Sentyabr 2021
Baxış: 666

Rusiya Türkiyənin kənd təsərrüfatı mallarına tətbiq etdiyi qadağanı aradan qaldırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Məhsullarının Təftiş Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, sentyabr ayının 9-dan etibarən Antalya və İzmir pomidoru ilə bibər məhsulları Rusiyaya buraxılacaq.

Tərəflər arasında əldə edilən razılaşmaya əsasən Türkiyə, məhsulların kefiyyəti barədə Rusiyaya zəmanət verib.

Qeyd edək ki, Rusiya məhsullarda virus aşkarlandığını əsas gətirərək, ötən il türk məhsullarına tətbiq etmişdi. Lakin, ekspertlər bunu bəzi siyasi amillərlə izah etmişdi.