02 May 2024
Rusiya Avropaya rəsmən müharibə elan etdi: “Sabahdan…”

Rusiya Avropaya rəsmən müharibə elan etdi: “Sabahdan…”

26 İyul 2022
Baxış: 403

"Qazprom” çərşənbə günündən etibarən Avropaya qaz tədarükünü kəskin şəkildə azaldacaq.

AJMEDİA.İNFO "The Guardian”a istinadla xəbər verir ki, bu barədə Qazprom şirkətinin açıqlamasında deyilir.

Rusiyanın qaz ixracatçı şirkəti "Şimal axını” boru kəməri ilə gündəlik qaz tədarükünü sutkada 33 milyon kubmetr – boru kəmərinin gücünün təxminən 20%-ə qədər azaldacağını elan edib. Buna səbəb kimi şirkət "mühərrikin texniki vəziyyəti" səbəbindən son iki işləyən turbindən birinin işini dayandırdığını göstərib.

"Biz vəziyyəti yaxından izləyirik, federal şəbəkə agentliyi və qaz böhranı komandası ilə sıx əlaqə saxlayırıq. Bizdə olan məlumata görə, çatdırılmaların azaldılması üçün heç bir texniki səbəb yoxdur”,- Almaniya İqtisadiyyat Nazirliyinin Qazprom-un açıqlamasından sonra verdiyi bəyanatda deyilir.


Gecə videomüraciətində Zelenski bu addımın qəsdən atıldığını deyib və Avropa İttifaqını Rusiyaya qarşı daha sərt sanksiyalar tətiq etməyə çağırıb.

"Bütün bunları Rusiya məqsədli şəkildə edir ki, avropalıların qışa hazırlığını mümkün qədər çətinləşdirsin. Bu, Rusiyanın Avropaya qarşı apardığı açıq qaz müharibəsidir”,- o deyib.

"Şimal axını 1” boru kəməri keçən həftə 10 günlük texniki fasilədən sonra nəqlini bərpa edib, lakin Avropa Komissiyası Rusiya tərəfindən qazın tamamilə dayandırılması ehtimalı barədə xəbərdarlıq edir.

Keçən həftə AB icra hakimiyyəti Moskvanı enerjidən "silah” kimi istifadə etməkdə günahlandırıb və 27 üzv dövləti Brüsselin tədarükdə fövqəladə vəziyyət elan edəcəyi təqdirdə məcburi ola biləcək könüllü 15% qaz qənaət hədəfini qəbul etməyə çağırıb.(qaynarinfo)