05 May 2024
Rudenko: "Birgə infrastruktur layihələrinin reallaşdırılmasının razılaşdırılması başa çatmaq üzrədir"

Rudenko: "Birgə infrastruktur layihələrinin reallaşdırılmasının razılaşdırılması başa çatmaq üzrədir"

29 Dekabr 2021
Baxış: 595

"Rusiya, Azərbaycan və Ermənistan birgə işçi qrupu birgə infrastruktur layihələrinin reallaşdırılmasının detallarını razılaşdırmağı başa çatdırmaq üzrədir".

AJMEDİA.İNFO xəbər verir ki,bunu “RİA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi bununla bağlı qərarların yalnız Bakı ilə İrəvan arasında konsensus əldə ediləcəyi təqdirdə dayanıqlı ola biləcəyi qənaətindədir: “Ona görə də biz Azərbaycan və Ermənistanın mənafelərinin bir zərf çərçivəsində təmin olunmasına tərəfdarıq”.

Rusiya rəsmisi bildirib ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının, o cümlədən dəmir və avtomobil yollarının açılmasına dair bütün məsələlər nəzərdə tutulur.