05 May 2024
Ronaldonun jurnalist dostu: “O, Kriştianoya xəyanət etdi”

Ronaldonun jurnalist dostu: “O, Kriştianoya xəyanət etdi”

13 Dekabr 2022
Baxış: 376

İspaniyalı idman jurnalisti, Kriştiano Ronaldonun yaxın dostu Edu Agirre bildirib ki, Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş ulduz futbolçuya qarşı haqsızlıq edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, jurnalist əmindir ki, əgər Kriştiano olmasaydı, Santuş səkkiz il Portuqaliya millisində baş məşqçi qala bilməzdi.

“O bilirdi ki, bu, Ronaldonun son dünya çempionatıdır, komanda üçün bu qədər şey etdikdən sonra tarixin ən yaxşı oyunçusunu ehtiyatda saxlamaq... Santuş səhv etdiyini bilir, bu, Kriştianoya xəyanətdir”, - jurnalist deyib.

Qeyd edək ki, Portuqaliya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında Mərakeşə məğlub olaraq (1:0) turniri tərk edib. K.Ronaldo isə çempionat ərzində vaxtını, əsasən, ehtiyat oyunçular skamyasında keçirib.

Mənbə: La Sexta