03 May 2024
Roma Papası İran XİN başçısını qəbul edib

Roma Papası İran XİN başçısını qəbul edib

17 May 2021
Baxış: 1116

Roma Papası Fransisk İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

AJM-nın xəbərinə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Cavad Zərif İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşüb.

Görüşün detalları barədə məlumat verilməyib.