03 May 2024
Rəşad Sadıqovdan Qurban Qurbanovla bağlı paylaşım - FOTO

Rəşad Sadıqovdan Qurban Qurbanovla bağlı paylaşım - FOTO

28 İyul 2022
Baxış: 390

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

AJMEDİA.İNFO-nun məlumatına görə, Ağdam klubunun sabiq kapitanı "köhlən atlar"ın İsveçrə təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırdığı oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

"Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!" - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda da Ağdam təmsilçisi İsveçrə çempionunu məğlub edərək növbəti mərhələyə adlayıb.