02 May 2024
Ramiz Mehdiyevin təhqir yazısı SİLİNDİ - FOTOFAKT

Ramiz Mehdiyevin təhqir yazısı SİLİNDİ - FOTOFAKT

16 Fevral 2022
Baxış: 418

Bir neçə gün əvvəl istefa verəcəyini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan yazı qurumun rəsmi saytından silinib.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat – Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb.

Qeyd edək ki, yazı AMEA-nın rəsmi saytından silinsə də, “Facebook” səhifəsində qalmaqdadır.