05 May 2024
Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri arasında - Reytinq AÇIQLANDI

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri arasında - Reytinq AÇIQLANDI

09 Noyabr 2022
Baxış: 408

Dünyanın ən yaxşı baş məşqçilərinin noyabr ayı üçün ilk reytinq cədvəli açıqlanıb.


AJMEDİA.İNFO xəbər verir ki, cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.

“250-lik”də yer alan mütəxəssislərin mövqeyi və xalı dəyişməz qalıb. Siyahıda yeganə azərbaycanlı olan Qurbanov 1595 xalla 210-cu pillədə qalıb. “Neftçi”nin rumıniyalı çalışdırıcısı isə 1627 xalla 177-cidir.

Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.