16 May 2024
Quranın yandırılması: Danimarka səfirliyinin müvəqqəti işlər vəkili dördüncü dəfə Türkiyə XİN-ə çağırılıb

Quranın yandırılması: Danimarka səfirliyinin müvəqqəti işlər vəkili dördüncü dəfə Türkiyə XİN-ə çağırılıb

24 Avqust 2023
Baxış: 568

Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimin yandırılması aksiyalarının davam etdirilməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili yenidən Xarici İşlər Nazirliyinə çağırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə səfirliyi qarşısında davam edən Qurani-Kərimin yandırılması aksiyaları ilə bağlı dördüncü dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.