02 May 2024
Qondarma "Cənubi Osetiya Respublikası" Rusiyaya birləşmək üçün "qollarını çırmaladı" - Gürcüstandan REAKSİYA

Qondarma "Cənubi Osetiya Respublikası" Rusiyaya birləşmək üçün "qollarını çırmaladı" - Gürcüstandan REAKSİYA

01 Aprel 2022
Baxış: 990

Rusiya və Ukrayna arasında davam edən müharibə bir sıra separatçı bölgələrdə hərəkətlənmə yaradıb. Rusiyanın təsir dairəsində olan və Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən qondarma Cənubi Osetiya Respublikası da federasiyaya birləşmək üçün qollarını çırmalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Cənubi Osetiyadakı separatçı rejimin başçısı Anatoli Bibilov Rusiyaya birləşmək planlarının olduğunu və bunun üçün referendumun keçiriləcəyini söyləyib.

“Biz tezliklə müvafiq hüquqi addımlar atacağıq”, - Bibilov deyib.

Separatçı liderin bu sözlərinə Gürcüstanda reaksiya gecikməyib.

Gürcüstan Xarici işlər naziri David Zalkaliyani açıqlamasında separatçı Cənubi Osetiya bölgəsində Rusiyaya birləşməklə bağlı referendumun keçirilməsinin qəbuledilməz olduğunu bildirib.(Teleqraf.az)