Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
27 dəqiqə əvvəlQətlə yetirilən həkim Türkan Gündüzə həyat yoldaşı evin xidmətçisi ilə XƏYANƏT EDİRMİŞ - ANBAAN VİDEO
08 May 2023
Baxış: 505
Plastik-cərrah Türkan Gündüzə xəsarət yetirərək onu qəsdən öldürən həyat yoldaşı Muhammed Gündüzlə bağlı yeni faktlar üzə çıxıb.
AJMEDİA.İNFO yenisabah.az-a istinadən xəbər verir ki, 56 yaşlı Türkiyə vətəndaşı M.Gündüzün yaşadığı evdə çalışan xidmətçi ilə isti münasibətləri olub. Bununla bağlı yayılan videogörüntüdə M.Gündüzün mətbəxdə iş görən xidmətçi qadına qarşı seksual qısnama etdiyi görünür.
İddialara görə, həmin görüntülər may ayının 7-də qətlə yetirilən Türkan Gündüz tərəfindən yaxın rəfiqələrindən birinə göndərilib.
Videogörüntülər qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri mərhum Türkan Gündüzün həyat yoldaşından şübhələndiyi üçün evə kamera quraşdırdığı deyilir.
Həmin görüntüləri təqdim edirik.