03 May 2024
Qaz limitinin sıfırlanması ilə bağlı vətəndaşların NƏZƏRİNƏ!

Qaz limitinin sıfırlanması ilə bağlı vətəndaşların NƏZƏRİNƏ!

06 Yanvar 2022
Baxış: 459

Sabah, saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin növbəti "Açıq qapı” aksiyası keçiriləcək.

"Azəriqaz” İB-dən AJMEDİA.İNFO-ya verilən məlumata görə, aksiya qurumun inzibati binasında olacaq.

Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı sizi maraqlandıran suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.