02 May 2024
Qaraciyərinin bir hissəsi qardaşına köçürülən müğənninin vəziyyəti AĞIRLAŞDI - FOTO

Qaraciyərinin bir hissəsi qardaşına köçürülən müğənninin vəziyyəti AĞIRLAŞDI - FOTO

08 İyun 2022
Baxış: 532

Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.

Müğənninin qaraciyərinin bir hissəsi nəql edilən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi. (BAKU.WS)