02 May 2024
Qarabağın futbolçusundan avtomobilinə hücum edən "Neftçi" azarkeşlərinə: "Maşının içində ailəm..." - FOTO

Qarabağın futbolçusundan avtomobilinə hücum edən "Neftçi" azarkeşlərinə: "Maşının içində ailəm..." - FOTO

03 Aprel 2024
Baxış: 302

“Qarabağ”ın futbolçusu Kevin Medina Azərbaycanlı azarkeşlərə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, “köhlən atlar”ın müdafiəçisi şəxsi sosial şəbəkə hesabında paylaşım edib:

“Bu mənim maşınımın oyundan sonraki vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Maşında mənim ailəm ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

Qeyd edək ki, dünən ölkə kuboku çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından (0:4) sonra futbolçunun avtomobilinə azarkeşlər tərəfindən hücum olunub. (Offsideplus.az)

IMG 3647