Vilayət Eyvazovdan baş leytenant Atakişiyevlə bağlı ƏMR
15 saat əvvəlQarabağ qazisi başçıya etiraz etdi, DAMARLARINI DOĞRADI - Beyləqanda DƏHŞƏT
04 Avqust 2022
Baxış: 457
Vətən müharibəsi qazisi Elçin Paşayevin intihara cəhd etdiyi deyilir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
"Beyləqan rayonunun icra başçısı Asif Ağayevdən şikayət edən qazi Elçin Ədalət oğlu Paşayev damarlarını doğrayaraq intihara cəhd edib. Qazi deyir ki, dəfələrlə başçının qəbulunda olsa da, onu qəbul etməyib, o da bu addımı atmağa məcbur olub", - deyə jurnalist sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, qazi E. Paşayev Prezident İlham Əliyevin müvafiq sərənamları ilə "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Gundem.media