03 May 2024
Qarabağ qazisi anasını buna görə öldürübmüş - ƏSL SƏBƏB üzə çıxdı

Qarabağ qazisi anasını buna görə öldürübmüş - ƏSL SƏBƏB üzə çıxdı

22 Fevral 2023
Baxış: 542

Xəbər verdiyimiz kimi, fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənin xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Məlumata görə, Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Orxan Hüseynzadə anasını ona sevdiyi qızla evlənməyə icazə vermədiyi üçün qətlə yetirib.

"AStar" youtube kanalı dəhşətli cinayətin əsl səbəbini araşdırıb.

Mərhum Mehriban Hüseynzadənin həyat yoldaşı qətlin qız üstündə törədilməsi barədə iddiaları təkzib edib. O, oğlunun İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, ruhi sağlamlığında müəyyən problemlər yarandığını deyib.

Cinayət hadisəsi ilə bağlı xüsusi reportajı təqdim edirik: