03 May 2024
"Qarabağ" klubu CƏRİMƏLƏNDİ

"Qarabağ" klubu CƏRİMƏLƏNDİ

01 Sentyabr 2022
Baxış: 398

“Qarabağ” azarkeşlərinə görə cəzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, buna Misli Premyer Liqasının IV turunda baş verənlər səbəb olub.

“Qarabağ” – “Şamaxı” oyununda Ağdam klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədilib. Media nümayəndələrinə ünvanlanan təhqirlərə görə “Qarabağ” cərimələnib.

Son çempion fanatları üzündən 4000 manat ödəməli olacaq.

Qeyd edək ki, “Qarabağ” bu görüşdə 4:0 hesabı ilə qalib gəlib.