05 May 2024
Putinlə Bayden arasında görüşün ilk hissəsi başa çatdı - YENİLƏNİB + VİDEOLAR

Putinlə Bayden arasında görüşün ilk hissəsi başa çatdı - YENİLƏNİB + VİDEOLAR

16 İyun 2021
Baxış: 588

Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşün ilk hissəsi (dar formatda) başa çatıb.

Belə ki, artıq qısa fasilə verilib. Fasilədən sonra liderlərin geniş tərkibdə görüşü keçiriləcək.

15:48

Rusiya Prezidenti Vladimir Putin İsveçrənin paytaxtı Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşüb.

AJMEDİA.info “RİA Novosti”yə istinadən xəbər verir ki, iki ölkə liderləri bir-birinin əlini sıxıblar.

Görüşün keçiriləcəyi La Qranj villasına ilk olaraq Putin, ondan 12 dəqiqə sonra Bayden daxil olub.

Onlar İsveçrə Prezidenti Qi Parmölənlə foto çəkdirdikdən sonra görüşə başlayıblar.

Qeyd edək ki, bu, Putinlə Baydenin ilk görüşüdür.