05 May 2024
Putinin sözçüsünün 24 yaşlı qızı biznesləri ilə gündəmdə - FOTOLAR

Putinin sözçüsünün 24 yaşlı qızı biznesləri ilə gündəmdə - FOTOLAR

07 May 2022
Baxış: 498

Adətən ulduzların və siyasətçilərin övladları valideynlərinin yolu ilə gedir və oxşar peşə seçirlər. Lakin bir çoxu özünü biznesdə sınamaq qərarına da gəlir və daha çox öz işini qurmağa üstünlük verir.

AJMEDİA.İNFO xəbər verir ki, “Spletnik” Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 1994-cü ildən 2012-ci ilə qədər nikahda olduğu Yekaterina Soloçinskayadan olan qızı Yelizaveta Peskovanın fəaliyyətini araşdırıb.

İlk olaraq qeyd etmək lazımdır ki, Avropa Parlamentində təcrübə keçən 24 yaşlı Yelizaveta Peskova hələ 2019-cu ildə fərdi sahibkar kimi qeydiyyatdan keçib.

2020-ci ildə isə Yelizaveta 50 min rubl nizamnamə kapitalı olan “Liza və Saşa” MMC-ni qeydiyyatdan keçirib. Şirkətin əsas fəaliyyət növü üst geyimlərinin istehsalıdır. Şirkətin adından belə qənaətə gəlmək olar ki, bu, Yelizavetanın dostluq etdiyi ögey bacısı Aleksandra Julina ilə birgə biznesidir. Lakin şirkətin yeganə sahibi və direktoru olaraq yalnız Yelizaveta Peskova qeyd olunub.

Bununla yanaşı, 2020-ci ilin mart ayından “Speransa DS” adlı reklam agentliyi də Yelizavetaya məxsusdur. Sözügedən agentlik isə 2017-ci ilin martında təsis edilib. Eyni zamanda, 2020-ci ilin dekabrında belə məlum olub ki, Dmitri Peskovun qızı “Restada group” brendi altında fəaliyyət göstərən “Paytaxt bistroları şəbəkəsi” şirkətinin 10%-nin sahibi olub.







(qafqazinfo)