05 May 2024
Putindən ABŞ-a SƏRT XƏBƏRDARLIQ

Putindən ABŞ-a SƏRT XƏBƏRDARLIQ

21 Dekabr 2021
Baxış: 589

“Rusiya ABŞ-ın dostca olmayan addımlarına qarşı adekvat hərbi-texniki tədbirlər görəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Əlbəttə, artıq qeyd etdiyim kimi, qərbli həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz də adekvat hərbi-texniki cavab tədbirləri görəcəyik, dostca olmayan addımlara sərt reaksiya verəcəyik. Vurğulamaq istəyirəm ki, buna haqqımız var. Bizim Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etməyə yönələn tədbirlər görmək hüququmuz var”, - deyə Putin bildirib.