03 May 2024
Putin səfərbərlik elan edəcək? - “Qanlı müharibəyə hazırlaşmalıyıq"

Putin səfərbərlik elan edəcək? - “Qanlı müharibəyə hazırlaşmalıyıq"

26 May 2022
Baxış: 551

Rusiya veteranlarından ibarət qrup Putini səfərbərlik elan etməyə çağırıb.


AJMEDİA.İNFO bildirir ki, Ukraynada rus ordusunun ciddi itkiləri və çoxlu sayda gənc rus əsgərinin ölümü ilə cəmiyyətdəki narahatçılıq hər keçən gün daha da artıb. Ukrayna ordusunun Donets körpüsündə qurduğu və 400-dən çox rus əsgərini öldürdüyü tələ isə son damla olub. Rusiyayönlü jurnalistlər, bloqqerlər və hətta rus veteranları Ukraynadakı böyük itkilərdən sonra Kremli kəskin tənqid etməyə başlayıblar.


Rusiya veteranlar qrupu Putinin “xüsusi hərbi əməliyyat”ının böyük “uğursuzluq” olduğunu bəyan edərək, ölkənin “qanlı müharibəyə” hazırlaşmalı olduğunu vurğulayıb. Qrup Putinə tövsiyələrini belə sıralayıb:


NATO ölkələri ilə qonşu olan bütün regionlar, o cümlədən Ukraynaya daha çox əsgər səfərbər edilməlidir;


Standart hərbi xidmət müddəti bir ildən iki ilə qaldırılmalıdır;


Rusiyalı fərarilərə ölüm cəzası tətbiq edilməlidir.


Müharibə Araşdırmaları İnstitutu isə (ISW) bu həftəki hesabatında Rusiya administrasiyasının tənqidlərinin artmasına baxmayaraq, Kremlin geniş miqyasda səfərbərlik elan edəcəyini gözləmədiklərini bildirib.(sfera.az)