03 May 2024
Prezidentin 6 il öncə Gəncə səfərində məşhurlaşan Ümidlə bağlı XOŞ XƏBƏR - FOTO

Prezidentin 6 il öncə Gəncə səfərində məşhurlaşan Ümidlə bağlı XOŞ XƏBƏR - FOTO

10 Avqust 2021
Baxış: 627

Prezident İlham Əliyevin 6 il öncə Gəncəyə səfəri zamanı məşhurlaşmış Ümid Həbibov bu il qəbul imtahanlarında yüksək bal toplayıb.

AJMEDİA.İNFO demokrat.az-a istinadən xəbər verir ki, o, seçim olaraq ADA Universitetinə üstünlük verib.

Bu gün isə seçdiyi universiteti ziyarət edib.

Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər. 2015-ci ilin martın 19-da isə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət etmişdilər.

Ümid o zaman 5-ci sinif şagirdi idi, indi isə tələbə adını qazanmış ümidli gələcək!