05 May 2024
Prezident İranın yük maşınlarından danışdı: “Bizə qarşı hörmətsizlikdir” - VİDEO

Prezident İranın yük maşınlarından danışdı: “Bizə qarşı hörmətsizlikdir” - VİDEO

28 Sentyabr 2021
Baxış: 489

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyanın əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”, - Prezident vurğulayıb. (Olke.az)