03 May 2024
Pirotexniki və tezalışan maddələr satan Masallı sakininin işi məhkəməlik oldu

Pirotexniki və tezalışan maddələr satan Masallı sakininin işi məhkəməlik oldu

22 Dekabr 2021
Baxış: 511

Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Elçin Hacıyevin Masallı şəhəri ərazisində yerləşən özünə məxsus mağazada gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışını təşkil etdiyi müəyyən edilib. Həmin mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.