05 May 2024
Peskov: Ankaradan açıqlama gözləyirik!

Peskov: Ankaradan açıqlama gözləyirik!

10 İyul 2023
Baxış: 513

“Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtması qaz qovşağının tikintisinə təsir etməyəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva Ankaradan açıqlama gözləyir:

“Biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu əlaqələr həqiqətən çoxyönlüdür. Qaz qovşağı layihəsi bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin maraqlarına toxunur. Biz qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyik. Dialoqumuz zamanı Türkiyə tərəfdən baş verənlərlə bağlı açıqlamalar alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq”. axar.az