05 May 2024
Pensiya alanlara VACİB XƏBƏR-Vəfat edənin pensiyasını...

Pensiya alanlara VACİB XƏBƏR-Vəfat edənin pensiyasını...

11 İyul 2023
Baxış: 449

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?

Bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, atasını və ya anasını itiridiyinə görə, 18 yaşınan çatmamış uşaqları onun pensiyasını ala bilər:

“Ailə başçısını itirməyə görə, müavinətlərin verilməsi sosial müavinətlər haqqında qanuna uyğun şəkildə verilir. Sözügedən qanunun 1.0.1 sosial müavinət “sosial müavinətlər” haqqında qanunda nəzərdə tutulmuş ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəliködənilən pul vəsaitidir. Qeyd edim ki, 4.0.1.5 sosial müavinətlərin kateqoriyalarından biri də ailə başçısını itirməyə görə veriləndir. Bu qanuna görə, vəfat etmiş şəxsin 18 yaşına çatana qədər əlilliyi olan, sağlamlıq imkanları məhdud olmuş şəxslər əlillik müddəti boyunca ala bilirlər. Hər hansı bir sağlamlıq məhdudiyyəti olmayan və təhsil alan 18-na qədər olan şəxslər, eyni zamanda təhsil aldığı halda burada söhbət əyani təhsildən gedir. 23 yaşına qədər olan şəxslər ailə başçısını itirməyə görə aylıq sosial müavinət ala bilirlər”.

Hüquqşünasın bildirib ki, aylıq verilən sosial müavinətin məbləği 120 manat müəyyənləşdirilib. Onun sözlərinə görə, bu əməliyyat elektron qaydada və proaktiv şəkildə həyata keçirilir: “Hər hansı bir yerə müraciət etməyə ehtiyac yoxdur. Bu proses elektron və proaktiv şəkildə təyin olunan bir müavinətdir”.

Ramil Süleymanov bildirib ki, Əgər müavinətin təyin olunması ilə bağlı və ya verilməsilə bağlı hər hansı bir sıxıntı olarsa, vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsini, doğum haqqında şəhadətnaməsini əgər arvadıdırsa, nikah haqqında şəhadətnaməni və şəxsiyyəti təsdiq edən sənədi Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə və ya DOST mərkəzinin regional ofisinə müracitət etməklə sosial müavinətin təyin olunmasına nail ola bilər – deyə qeyd edib.