02 May 2024
Paşinyanın cangüdənləri “Nikol satqın” deyə qışqıran vətəndaşı döydü - ANBAAN VİDEO

Paşinyanın cangüdənləri “Nikol satqın” deyə qışqıran vətəndaşı döydü - ANBAAN VİDEO

07 İyun 2021
Baxış: 548

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın cangüdənləri “Nikol satqın” deyə qışqıran vətəndaşı qəddar şəkildə döyüblər.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Mediaport” “Telegram” kanalı xəbər yayıb.

Şahidlərin sözlərinə görə, zərərçəkən ağır vəziyyətdə avtomobilə qoyulub və hadisə yerindən uzaqlaşdırılıb.

Bununla bağlı paylaşılan kadrlarda Paşinyanı müşayiət edən cangüdənlərin həmin vətəndaşın arxasınca qaçdığı anlar qeydə alınıb.