03 May 2024
Özünü bütün dövrlərin ABŞ prezidentliyinə ən təcrübəli namizədi adlandırdı

Özünü bütün dövrlərin ABŞ prezidentliyinə ən təcrübəli namizədi adlandırdı

06 May 2023
Baxış: 450

İkinci müddətə yenidən seçilmək istəyən ABŞ prezidenti Co Bayden özünü bütün dövrlərin prezidentliyə ən təcrübəli namizədi adlandırıb.

Belə bir açıqlama ilə o, MSNBC-yə müsahibəsində danışıb.

Yaşının çox olmasına baxmayaraq, niyə özünü yenidən seçilməyə layiq hesab etdiyini soruşduqda, 80 yaşlı Amerika

administrasiyasının rəhbəri “Mən insanların böyük əksəriyyətindən daha çox şey bilirəm, bu vəzifəyə namizədliyi irəli sürülmüş hər kəsdən daha çox təcrübəm var” deyib.

ABŞ prezidentinin sözlərinə görə, o, “dürüstlüyünü və səmərəliliyini sübut etdiyinə” inanır.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Teqlər: