02 May 2024
Nigeriya: Prezident Administrasiyasının rəhbəri COVID-19-dan ölüb

Nigeriya: Prezident Administrasiyasının rəhbəri COVID-19-dan ölüb

19 Aprel 2020
Baxış: 565

Nigeriya Prezident Administrasiyasının rəhbəri Abba Çiari, 17 aprel Cümə günü, COVID-19 coronavirusundan ölüb. Bu barədə prezidentin iki nümayəndəsi tvitterdə məlumat verib.

Yetmiş yaşdan yuxarı olan və səhhətində ciddi problemlər, o cümlədən şəkərli diabet xəstəsi olan Çiari 77 yaşlı prezident Məhəmmədu Buxarinin baş rəsmi köməkçisi və ölkənin ən nüfuzlu şəxslərindən biri olub.

Mətbuat katibliyinin nümayəndəsi Femi Adesinan, Abba Çiarinin ölümünü təsdiqləyib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, koronavirus infeksiyalarının sayı 493, ölənlərin sayı isə17 nəfərə çatıb.