03 May 2024
“Netflix” serialında PKK ilə bağlı detallar qalmaqala səbəb oldu – FOTOLAR

“Netflix” serialında PKK ilə bağlı detallar qalmaqala səbəb oldu – FOTOLAR

24 Noyabr 2021
Baxış: 573

“Netflix”də yayımlanan “Tear Along The Dotted Line” çizgi serialında terror təşkilatı PKK/YPG-nin simvollarının olması sosial mediada böyük əks-səda doğurub.


AJMEDİA.İNFO xəbər verir ki, 18 noyabrda yayıma başlayan serialın bəzi səhnələrində terror təşkilatı PKK/YPG-nin simvolları və bayraqlarının yer alması diqqət çəkib.


Tamaşaçıların diqqətini çəkən detal qısa zamanda sosial medianın gündəminə çevrilib və istifadəçilər tərəfindən kəskin qınanıb. Bir çox insan serialı terror təşkilatının təbliğatına görə tənqid edib.


Qeyd edək ki, PKK - Kürdüstan Fəhlə Partiyası Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan terror təşkilatıdır. YPG - Xalq Qoruma Dəstələri Kürd Ali Komitəsinin "rəsmi" silahlı birləşməsidir. Hər iki təşkilat region ölkələri tərəfindən terror qruplaşması kimi qəbul edilir.(Yeniavaz.com)