02 May 2024
Netanyahudan MOSSAD-a daha bir tapşırıq: İrana imkan verməyin

Netanyahudan MOSSAD-a daha bir tapşırıq: İrana imkan verməyin

02 İyun 2021
Baxış: 650

İsrail Baş naziri Benyamin Netanyahu MOSSAD-ın yeni rəhbəri David Barneaya İranın nüvə silahı istehsalına imkan verməmək üçün lazım olan hər şeyi etməsini tapşırıb.

AJMEDİA.info xəbər verir ki, Netanyahu bununla bağlı MOSSAD rəhbəri ilə görüşündə deyib.

“Bizim üçün ən böyük təhlükə İranın nüvə silahı əldə etmək cəhdləridir. Fərqi yoxdur, balaca ölkəmizi nüvə silahının köməyi ilə məhv edirlər və yaxud on minlərlə raket zərbəsi endirirlər. Bu, sionizmin davam etməsinə təhdiddir və bununla amansız mübarizə aparmalıyıq”, - Netanyahu bildirib.