05 May 2024
Netanyahu İrana xəbərdarlıq etdi

Netanyahu İrana xəbərdarlıq etdi

17 Oktyabr 2023
Baxış: 2143

“İsrail Livanın “Hizbullah” qruplaşması və İranın potensial hücumlarına sərt cavab verəcək“.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

“Hizbullah”a da bir mesajım var: bizi şimalda sınamayın, bir dəfə etdiyiniz səhvi təkrarlamayın, çünki indi ödəməli olduğunuz bədəl daha yüksək olacaq”, - deyə o, Knessetin (parlament) qış sessiyasında açılış nitqində deyib.

Netanyahu həmçinin qeyd edib ki, Fələstin-İsrail eskalasiyası fonunda İsrail qüvvələri uzunmüddətli döyüşlər aparmağa hazırdır.