02 May 2024
"Netanyahu artıq tarixin zibilliyində qalıb" - CAVAD ZƏRİF

"Netanyahu artıq tarixin zibilliyində qalıb" - CAVAD ZƏRİF

04 İyun 2021
Baxış: 558

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Netanyahunun rəqiblərinin yeni hökümət formalaşdırması ilə bağlı açıqlama verib.

AJMEDİA.info xəbər verir ki, o, Netanyahunun ünvanına sərt fikir səsləndirib:

"Netanyahu artıq tarixin zibilliyində qalıb, lakin İran başıuca dayanıb. O, İrana qarşı olan dostları Bolton, Pompeo və Trampa qovuşdu. İran həmişə başıuca qalacaq. Taleləri dəyişən zamandır"

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahunun rəqibləri sayılan “Yeş Atid” partiyasının sədri Yair Lapid və "Yamina" partiyasının sədri Naftali Benet koalisiya hökuməti formalaşdırıblar.