25 İyul 2021

Azerbaijan, Baku

26°C/30°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı - QƏRAR

"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı - QƏRAR

23 İyun 2021
Baxış: 262

“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müvafiq olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib və “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.