05 May 2024
Nahariyada ağır yaralanan kişi tapılıb. Şübhəli tutulub

Nahariyada ağır yaralanan kişi tapılıb. Şübhəli tutulub

20 May 2020
Baxış: 444

20 May Çərşənbə günü səhər, Nahariyanın Şimon Reyx küçəsindəki evin girişinin yaxınlığında yaralı kişi tapılıb. Hadisə yerinə çağırılan Magen David Adom adlı təcili yardım heyəti onu Qərbi Qalileyanın tibb mərkəzinə gətirıblər.

Həkimlər bıçaq yarası alan zərərçəkənin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaralının 42 yaşı olduğu bildirilir.

Polis 40 yaşlı yerli sakini saxlayıb. Həbs müddətinin uzadılması barədə qərar vermək üçün Haifa Magistrat Məhkəməsinə aparılacağı deyilir.

Teqlər: Nahariya