02 May 2024
"Müxalif deputatlar satılıb, məni hakimiyyətdən ABŞ uzaqlaşdırdı" – İmran Xan

"Müxalif deputatlar satılıb, məni hakimiyyətdən ABŞ uzaqlaşdırdı" – İmran Xan

19 İyun 2022
Baxış: 360

"ABŞ Pakistan parlamentindəki müxalifət deputatlarını rüşvətlə alıb".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Pakistanın keçmiş baş naziri İmran Xan deyib.

Onun sözlərinə görə, Vaşinqton siyasətçilərə etimadsızlıq göstərmələri üçün bir milyon dollar ödəyib və bununla da o, hakimiyyətdən uzaqlaşdırılıb.

“ABŞ bu addımı mənim Rusiya Prezidenti Vladimir Putinlə fevralın 24-də keçirdiyim görüşə görə atıb. Moskvanın planları barədə heç nə bilmirdim və səfərin özü də dövlətin milli maraqları baxımından zəruri idi”, - Xan bildirib.