03 May 2024
"Mövqelər yenidən bölüşdürüldü, ABŞ və İsrail Türkiyə ilə birgə hərəkət edəcək" - ŞOK

"Mövqelər yenidən bölüşdürüldü, ABŞ və İsrail Türkiyə ilə birgə hərəkət edəcək" - ŞOK

06 Yanvar 2022
Baxış: 586

“ABŞ və İsrail Türkiyə ilə yeni səhifə açmağa hazırlaşır”.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “Apopseis” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi Kostas Venizelos bölgədə mövqelərin yenidən böldüşdürüldüyünü və Türkiyənin yeni oyunda əlinin gücləndiyini iddia edib.

Müəllif ABŞ-ın yenidən Türkiyə ilə birlikdə hərəkət etmək qərarı verdiyini yazıb:

“Aydındır ki, Türkiyə aparıcı rol axtarır, amma o, tək deyil. Ankara bilir ki, bu regiona yönəlik istənilən addımın bir parçası olacaq. Hərbi gücündən və böyüklüyündən istifadə edərək bacardığı qədər qazanacaq”.

ABŞ-ın sakitləşdirmə strategiyasına diqqət çəkən məqalə müəllifi qeyd edib:

“Amerikalıları türklərin oyunlarından narahat olsalar da, Ərdoğanın ABŞ-ın maraq və planlarına zidd addımları Türkiyə ilə əlaqə kanallarını sarsıtmadı. ABŞ-ın dərin dövlətində güclü fikir birliyi var ki, Türkiyədən əl çəkmək lazım deyil, hətta münasibətləri yaxşılaşdırmaq üçün yaxınlaşma zəmini yaradılmalıdır”.

Nəşr Türkiyənin son zamanlar münasibətləri pisləşən ölkələrlə də yeni səhifə açmağa hazır olduğunu bildirib: “Misir məsələsi bir az daha çətin olsa da, İsrail rəsmiləri artıq müəyyən bir nöqtəyə qədər yaxınlaşma istədiklərini deyirlər”.

ABŞ və Türkiyə arasındakı qarşıdurmanın da bitə biləcəyini qeyd edən yunan nəşri artıq bu yöndə müsbət dəyişikliklərin nəzərə çarpdığını vurğulayıb.

Müəllif Avropa Birliyi və NATO-nun da Türkiyə ilə münasibətlərini pozmamağa çalışdığına diqqət çəkib:

“Bütün bunlar Türkiyənin ABŞ, NATO və həmçinin AB-dəki tərəfdaşlarımız üçün əhəmiyyətini təsdiqləyir”.