03 May 2024
Milli Olimpiya Komitəsində Hesabat-Seçki Konfransı keçiriləcək - ÖZƏL

Milli Olimpiya Komitəsində Hesabat-Seçki Konfransı keçiriləcək - ÖZƏL

15 Dekabr 2021
Baxış: 492

Milli Olimpiya Komitəsində sabah Hesabat-Seçki Konfransı keçiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, sabah saat 11:00-da qurumun inzibati binasında seçki keçiriləcək. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev seçkiyə onlayn formatda qatılacaq.

Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti, vitse-prezidenti seçiləcək. Bundan sonra isə federasiyanın baş katibi təyin olunacaq.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. Qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyevdir. Abiyevi onun köməkçisi Azər Əliyevin əvəzləyəcəyi gözlənilir.