05 May 2024
Milli Məclisin deputatları və əməkdaşları koronavirus testindən keçirilir

Milli Məclisin deputatları və əməkdaşları koronavirus testindən keçirilir

21 İyun 2020
Baxış: 460

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda millət vəkilləri arasında mütəmadi olaraq testlər aparılır.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJM-ya verilən məlumata görə, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən "COVİD-19" infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

saat 12:53

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

AJM-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.

Qeyd edək ki, dünən deputat Sahib Alıyev AJM-ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.