05 May 2024
“Meyitləri gecə daşıyın, mümkün olmayanda orada yandırın…” – Rusiya MN-dən əmr

“Meyitləri gecə daşıyın, mümkün olmayanda orada yandırın…” – Rusiya MN-dən əmr

06 Mart 2022
Baxış: 566

Rusiya ordusunun itkiləri də hər gün artmaqdadır. Dünənə olan məlumata görə Rusiya ordusunun canlı qüvvə sarıdan itkiləri 10 min nəfəri keçmişdi, minlərlə texnika məhv edilmişdi.

İtkilərin bu cür kəskin artması Rusiya Müdafiə Nazirliyini ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Şimal əməliyyat komandanlığı Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko tərəfindən imzalanmış xidməti təlimatı əldə edib və yayıb. Orada deyilir ki, martın 1-dən etibarən Ukraynada əməliyyatlara cəlb olunmuş hərbçilərdən şəxsiyyətlərini təsdiq edən bütün sənədlər alınmalıdır. Habelə Ukraynadan meyitlərin təxliyyəsinə dair tədbirlər görmək əmr edilir. Təlimatda bildirilir ki, meyitlərin daimi dislokasiya yerlərinə gizli daşınması təmin edilməlidir və onların qardaş məzarlıqlarında dəfni xüsusi nömrələr verilməklə həyata keçirilməlidir. Əgər meyitlərin təxliyyəsi mümkün deyilsə onları yerində məhv etmək əmr olunur.

Bu əmrin həqiqliyini təsdiq edən həm də odur ki, Ukrayna ordusu tərəfindən martın 4-də Kiyev ətrafındakı Hostomel şəhərindəki döyüşlərdə öldürülən çoxsaylı Rusiya hərbçilərinin üzərində heç bir sənəd və jeton olmayıb. Onların bəzilərinin üzərindən ancaq vaksinasiyaya dair sertifikat və doldurulmamış tibbi kitabçalar tapılıb. Savash.org