02 May 2024
“Mənə ölkədən qaçmağı məsləhət gördülər” - Qazaxıstan prezidenti

“Mənə ölkədən qaçmağı məsləhət gördülər” - Qazaxıstan prezidenti

15 İyun 2022
Baxış: 440

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvar ayında baş vermiş kütləvi iğtişaşlara dair yeni açıqlamaları ilə gündəmə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Tokayev “Rossiya 24” telekanalına verdiyi müsahibədə bu barədə də danışıb.

Tokayev etiraf edib ki, hadfisələr zamanı ona ölkəni tərk etməyi məsləhət görüblər:

"Bütün çevrilişlərin məqsədi, hakimiyyətə başqa adamı gətirməkdir. Mən bütün o günlərdə prezident iqamətgahının binasında olmuşam. Heç yerə getməmişəm. Bəzi "yoldaşlar" mənə ya helikopterə, ya da təyyarəyə minib Qazaxıstanı tərk etməyi təklif etdilər. Təbii ki, mən bunu heç bir şəkildə planlaşdırmadım və düşündüm ki, sona qədər paytaxtda – iqamətgahımda olmalıyam".


Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində, ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərində başlayıb. Sakinlər maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıya yayılıb. Hakimiyyət yanvarın 19-dək bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 19-u təhlükəsizlik işçisi olmaqla, 230 nəfər həlak olub.(sfera.az)