03 May 2024
Mehriban Əliyeva Respublika Günü ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Respublika Günü ilə bağlı paylaşım etdi - FOTO

28 May 2021
Baxış: 467

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 28 May - Respublika Günü ilə bağlı paylaşım edib.

AJMEDİA.info xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".