02 May 2024
Masallıda 52 yaşlı kişi güllələndi

Masallıda 52 yaşlı kişi güllələndi

17 Dekabr 2021
Baxış: 854

Masallıda güllələnmə hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, 1969-ci il təvəllüdlü Ağamalıyev Balayar Fətulla oğlu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin sol nahiyəsinin odlu silah yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, B.Ağamalıyev Bakıda yaşayır. Qarğalıq kəndində yeni ev tikdiyindən qardaşı ilə aralarında münaqişə yaranıb. Hadisə də həmin həyətdə baş verib. Lakin hadisənin təfərrüatı hələlik məlum deyil. Onun necə və kim tərəfindən vurulduğunu görən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: Masallı